Mingəçevirdə 91 yaşlı kişi yanıq xəsarəti alıb

  • Space TV
  • 3 Fevral 2020 14:38

Ani diqqətsizlik 91 yaşlı kişinin ağır yanıq xəsarəti alması ilə nəticələndi.

Gecə saatlarında Mingəçevirdə, Təbriz küçəsində yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yanğın  baş verib. Şəhər sakini 91 yaşlı Qüdrət Məhərrəmov yaşadığı mənzildə qaz sobasının yaxınlığında olarkən, onun paltarı qəfildən alovlanıb. Yaşlı kişi özünü alovdan qurtarmaq üçün qonşuları köməyə çağırıb. Ətrafdakılar 91 yaşlı kişi alovdan xilas edib. Qonşular mənzildə baş verə biləcək yanğının da qarşısını alıblar.

Xəstəxanaya yerləşdirilən ahıl kişinin vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, Qüdrət Məhərrəmov  həyat  yoldaşı vəfat etdikdən sonra uzun müddətdir tək yaşayırmış. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun