Mingəçevir sakini dəm qazından boğularaq dünyasını dəyişib.

  • Space TV
  • 4 Fevral 2020 14:21

Şəhərin 20 yanvar küçəsində, 9 mərtəbəli binanın 5-ci mərtəbəsində dəm qazından boğulma baş verib.  Adıçəkilən ünvanda yaşayan 32 yaşlı Cəmilə Həsənova, yaşadığı mənzilin vanna otağında dəm qazına yaxalanıb.  O nə qədər çaba göstərsə də canını qurtara bilməyib.  Qadının meyti müayinə olunmaq üçün morqa yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun