Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri kollektivə təqdim olunub – FOTO

  • Space TV
  • 5 Fevral 2021 10:49

Fevralın 4-də Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.

ANAMA-dan bildirilib ki, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Paylaş

 Xəbəriniz olsun