Millimizin yekun heyəti açıqlandı

  • Space TV
  • 3 Mart 2021 11:27

Avropa çempionatının seçmə mərhələsində Moldova ilə keçirəcəyi oyunlar üçün futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

Federasiyadan Spacetv.az-a verilən məlumata görə, karyerasını İspaniya klublarında davam etdirən Qalo və Rafael Vilela da bu gün komandaya qoşulub.

Zədəli Emin Kurdovu isə Cavad Məmmədov əvəzləyib. Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə bu futzalçıların xidmətindən istifadə edəcək:

Qapıçılar: Rövşən Hüseynli, Cavad Məmmədov

Oyunçular: Bolinha, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Vassoura, Amir Shojaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Fineo De Araujo, Hadi Ahmadi, Eduardo Borge

Qeyd edək ki, Azərbaycan millisi Moldova ilə ilk görüşünü martın 4-də Bakı İdman Sarayında keçirəcək. Bu komandalar martın 9-da Çoreskuda yenidən üz-üzə gələcəklər.

Paylaş

 Xəbəriniz olsun