Millimizin və “Qarabağ”ın kapitanı koronavirusdan sağaldı

  • Space TV
  • 1 Dekabr 2020 14:51

Azərbaycan millisinin və “Qarabağ” komandasının kapitanı Maksim Medvedev koronavirusdan sağalıb.

Spacetv.az-ın məlumatına görə, 31 yaşlı futbolçunun növbəti testi mənfi olub. Hazırda Lüksemburqda olan müdafiəçi yaxın günlərdə Azərbaycana qayıdacaq.

Ağdam təmsilçisinin Xorvatiyada olan digər müdafiəçisi Rahil Məmmədov isə bu gün növbəti dəfə testdən keçib. Testin cavabı hələ məlum deyil.

Paylaş

 Xəbəriniz olsun