Millimizin sabiq futbolçusu Almaniya klubuna keçdi

  • SpaceTV
  • 16 İyul 2020 10:39

Azərbaycan millisinin sabiq futbolçusu Toğrul Erat klubunu dəyişib.

space tv  xəbər verir ki, 28 yaşlı cinah oyunçusu Almaniyaya qayıdıb.

O, Regional Liqanın Qərb zonasında qərarlaşan Oberhauzenin “Rot-Vayss” klubuna transfer olunub.

Türkiyənin aşağı liqa təmsilçisi “Bayrampaşa” ilə yollarını ayıran Erat yeni komandası ilə bir illik müqavilə imzalayıb.

Bu klubda millimizin digər sabiq futbolçusu Cihan Özkara da çıxış edir.

Qeyd edək ki, Toğrul Erat 2014-2015-ci illərdə Azərbaycan millisinin heyətində dörd oyun keçirib.

Paylaş

 Xəbəriniz olsun