Millimizin rəqibi Dominikanda heç-heçə etdi

  • SpaceTV
  • 26 Yanvar 2021 16:38

Futbol millimizin dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Serbiya yığması yoxlama görüşü keçirib.

Spacetv.az  xəbər verir ki, komanda Dominikanın paytaxtı Santo Dominqoda yerli milli ilə qarşılaşıb.

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Serbiya millisi yanvarın 28-də Panamanın eyniadlı paytaxtında yerli milli ilə qarşılaşacaq.

Serbiyanın Şimali Amerika qitəsində növbəti görüşü isə ləğv olunub. Belə ki, yanvarın 31-də Orlando şəhərində ABŞ millisi ilə keçirilməli olan matç koronavirus pandemiyası səbəbindən baş tutmayacaq.

Onu da bildirək ki, Serbiya millisi uzaq səfərə əsasən yerli çempionatda oynayan futbolçularla yola düşüb. Heyətdə yalnız Kanada və Gürcüstanda oynayan iki legioner var.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiyadan başqa, Portuqaliya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. Yığma Serbiya millisi ilə ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.

Paylaş

 Xəbəriniz olsun