Millimizin oyunu qapalı olacaq

  • Space TV
  • 1 Mart 2021 16:35

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Moldova oyunu yenə qapalı şəraitdə baş tutacaq.

Martın 4-də Bakı İdman Sarayında keçiriləcək oyun COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl millimizin yanvarın 29-da Slovakiya ilə Bakıda keçirdiyi oyun da qapalı keçirilmişdi.

Paylaş

 Xəbəriniz olsun