Millimizin Olimpiadadakı rəqibləri bilindi

  • Space TV
  • 17 Avqust 2020 16:55

Onlayn şahmat Olimpiadasında Azərbaycan yığmasının rəqibləri müəyyənləşib.

Spacetv.az FIDE-nin “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Top divizionda yarışacaq millimizin əsas rəqibləri Ukrayna və Qazaxıstan olacaq.

Bundan başqa, Macarıstan, CAR, Slovakiya, İspaniya, Norveç, Fransa və Niderland komandamızın rəqiblərindəndir. 

Görüşlərə avqustun 19-da start veriləcək və avqustun 30-da Olimpiada bitəcək. Komandalar doqquz turda qüvvəsini sınayacaq.

Qeyd edək ki, yığmamızı Olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.

Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları ehtiyat oyunçulara daxil edilib.

Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

Paylaş

 Xəbəriniz olsun