Millimizin hücumçusu ABŞ klubu ilə yeni müqavilə bağladı

  • Space TV
  • 16 Noyabr 2020 10:24

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov 2020/2021 mövsümünü də ABŞ-ın “Finiks Rayzinq” klubunda keçirəcək.

Spacetv.az “jamaicaobserver.com” saytına istinadən xəbər verir ki, 29 yaşlı forvard komandası ilə yeni müqavilə imzalayıb.

Sözləşmənin müddəti 2021-ci ilin sonunadəkdir.

Qeyd edək ki, Rüfət Dadaşov geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə USL-də B Liqasının qalibi olub.

Paylaş

 Xəbəriniz olsun