Millimiz San Marinoya qalib gəldi

  • SpaceTV
  • 16 Oktyabr 2019 11:19

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

SPACE TV xəbər verir ki, bu gün komandamız San Marino ilə qarşılaşıb. Görüşdə millimiz iki cavabsız qolla qələbəyə sevinib. Komandamızın heyətində Rüfət Abdullazadə və Tural Bayramov fərqləniblər.

Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəl Norveç (0:1) və Çexiyaya (0:4) məğlub olub.

Paylaş

 Xəbəriniz olsun