Millimiz Qran Pridə üç medal qazanıb

  • Space TV
  • 15 Fevral 2021 16:58

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandası bu gün vətənə qayıdıb.

Spacetv.az xəbər verir ki, 10-13 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş yerli şahzadə (BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmmədin oğlu – S.M.), Dubay İdman Şurasının prezidenti Fazzanın adını daşıyan XII açıq çempionatda – Qran Pridə altı idmançı ilə təmsil olunan komandamız yarışlarda bir qızıl, iki bürünc olmaqla ümumilikdə üç medal qazanıb.

Heydər Həmidli nizə atmada (F57 kateqoriyası) qızıl medal (43.75 m nəticə ilə) əldə edib. Elvin Astanov (F53 kateqoriyası) və Oloxan Musayev (F56 kateqoriyası) nüvə itələmədə bürünc medal (müvafiq olaraq 7.30 m və 10.65 nəticə ilə) qazanıblar.

Beləliklə, Heydər Həmidli və Elvin Astanov dünya reytinqinin ilk “onluğ”unda qərarlaşaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını daha da artırıb.

Qeyd edək ki, aprelin 1-də Beynəlxalq Para Atletika Federasiyası “Tokio 2020”yə lisenziya qazanmış idmançıların adlarını açıqlayacaq.

Komandamızın növbəti yarışı Tunisdə olacaq. 14-21 mart tarixlərində keçiriləcək yarış Tunis Qran Prisi adlanır.

İndiki duruma görə, para atletlərimizdən Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə Dubayda keçirilmiş dünya çempionatındakı nailiyyətlərinə görə Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Paylaş

 Xəbəriniz olsun