Millimiz FIFA reytinqində irəlilədi

  • Space TV
  • 17 Sentyabr 2020 15:26

Futbol üzrə Azərbaycan milli komandası Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinqindəki mövqeyini yaxşılaşdırıb.

Spacetv.az-ın məlumatına görə, xəbər FIFA-nın rəsmi saytında dərc edilib.

Canni De Byazinin yetirmələri UEFA Millətlər Liqasının qrup mərhələsində Kipr üzərində qazandıqları qələbə (1:0) sayəsində dünya sıralamasında iki pillə irəliləyərək 112-ci yerdə qərarlaşıblar.

Yığmamız 1 179 xal toplayıb.

Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1 773), Fransa (1 744) və Braziliya (1 712) qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun