Millimiz dünya ikincisindən xal aldı

  • SpaceTV
  • 10 Sentyabr 2019 10:37

Azərbaycan Xorvatiya ilə heç-heçə edib

Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində beşinci oyununu keçirib.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Xorvatiya yığmasını qəbul edib.

Beləliklə, komandalar meydana aşağıdakı heyətlərlə başlayıblar:

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 21. Pavel Paşayev. 22. Cavid Hüseynov

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets

Oyun heç-heçə başa çatıb və Azərbaycan millisi seçmə mərhələdə ilk xalını sonuncu dünya çempionatının finalçısı ilə görüşdə qazanıb.

Yığma komanda bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5, üç gün öncə isə Kardiffdə Uelsə 1:2 hesabı ilə uduzub.

Paylaş

 Xəbəriniz olsun