Millimiz builki ilk hazırlıq matçına çıxır – AFİŞA

  • Space TV
  • 11 Noyabr 2020 10:13

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.

Spacetv.az xəbər verir ki, yığmamız Sloveniya ilə yoldaşlıq görüşünə çıxacaq.

Canni De Byazinin yetirmələri üçün bu oyun 2020-ci ildə ilk yoxlama matçı kimi tarixə düşəcək.

Bu il bunadək dörd görüş keçirmiş millimizin sözügedən qarşılaşmaları Millətlər Liqası çərçivəsində olacaq. Bu qarşılaşma isə növbəti iki ciddi sınaq öncəsi hazırlıq xarakteri daşıyacaq.

Oyun Lyublyananın “Stojitse” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Yoldaşlıq oyunu

11 noyabr

23:45. Sloveniya – Azərbaycan 

Baş hakim: Ferens Karako (Macarıstan)
Lyublyana. “Stojitse” stadionu

Paylaş

 Xəbəriniz olsun