Millimiz bu gün Kiprlə qarşılaşacaq

  • Space TV
  • 13 Oktyabr 2020 10:05

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Spacetv.az xəbər verir ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq. 

Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Kipr ilə qarşılaşacaq. 

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda – Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, yığmamız keçirilən üç turda 1 qələbə, iki məğlubiyyətlə üzləşib və 3 xalla üçüncü pillədə qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun