Millimizə Belarusdan baş məşqçi təyin olundu

  • Space TV
  • 22 Yanvar 2021 10:23

Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni baş məşqçi təyin olunub.

Spacetv.az xəbər verir ki, bu, Belarusdan olan məşqçi Olqa Barkalavadır.

Belə ki, O.Barkalava 22 ildir qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. Son altı il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.

Təyinatından sonra Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə verdiyi açıqlamasında O.Barkalava öz təəssüratlarını bölüşüb:

“Yığma komandanın məşq etdiyi zalda oldum. Gimnastlarla tanış oldum. İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.

Paylaş

 Xəbəriniz olsun