Milli Parkda qanunsuz ov edən şəxs saxlanılıb

  • Space TV
  • 14 May 2020 09:54

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları birgə reyd keçiriblər. Reyd zamanı Masallı rayonunun Xırmandalı kənd sakini İsaq Qasımov Milli Parkın ərazisində qanunsuz ov edərkən ondan iki ədəd ovladığı çöl donuzu və sənədsiz toz 66 markalı silah, 8 ədəd patron, 3 ədəd giliz aşkar edilərək götürülüb. Saxlanılan İsaq Qasımov ovunu edib Milli Parkın ərazisindən çıxarkən saxlanılıb. O, tutduğu əməldən peşman olduğunu bildirib.

Faktla bağlı DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsində təhqiqat işlərinə başlanılıb.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun