Milli Məclisin sədri Qazaxıstanda səfərdədir

  • SpaceTV
  • 23 Sentyabr 2019 16:06

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Qazaxıstana səfəri başlayıb.

“Space”in məlumatına görə, O.Əsədov sentyabrın 23-24-də Nur-Sultan şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin forumunda iştirak edəcək.

Tədbirdə 50-dən çox ölkənin nümayəndəsi bir araya gələcək. Görüş “Böyük Avrasiya: Dialoq. Etibar. Tərəfdaşlıq” mövzusuna həsr olunacaq.

Paylaş

 Xəbəriniz olsun