Milli Məclisin payız sessiyası başlayır

  • SpaceTV
  • 30 Sentyabr 2019 10:32

“Space” xəbər verir ki, bu gün Azərbaycan Milli Məclisi dövlət himni səsləndirilməklə, payız sessiyasının ilk plenar iclasını keçirəcək.

Məlumata görə, gündəliyə 20 məsələ daxildir.

Bunlar “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Əmək pensiyaları haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Dövlət rüsumu haqqında” və qanunlara, o cümlədən Cəzaların İcrası, İnzibati Xətalar, Mülki məcəllələrə dəyişiklik layihələridir.

Paylaş

 Xəbəriniz olsun