Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

  • SpaceTV
  • 16 Oktyabr 2020 17:01

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.

Spacetv.az xəbər verir ki, parlamentin növbəti plenar iclası oktyabrın 20-də keçiriləcək.

İclasın gündəliyinə 5 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxışı.

2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Paylaş

 Xəbəriniz olsun