Milli Məclisin komitələrinin birgə iclası keçirildi

  • SpaceTV
  • 6 May 2020 16:19

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilib.

SPACE TV  xəbər verir ki, iclasda İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələr keçirilib.

Müzakirələrdən sonra məsələlər Milli Məclisə tövsiyə edilib.

Paylaş

 Xəbəriniz olsun