Milli Məclisin işlər planında olan iki layihə müzakirəyə çıxarılmayacaq

  • Space TV
  • 22 Dekabr 2020 11:15

Milli Məclisin 2020-ci il payız sessiyasının işlər planına daxil edilən iki qanun layihəsi müzakirəyə çıxarılmayacaq.

Spacetv.az-ın əldə etdiyi məlumata görə, işlər planına daxil edilən “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri parlamentin payız sessiyasında müzakirə edilməyəcək.

Qanun layihələrinin parlamentin 2021-ci il yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

Paylaş

 Xəbəriniz olsun