Milli Məclis icbari tibbi sığorta ilə bağlı sənədə “nöqtə” qoydu

  • Space TV
  • 3 Dekabr 2019 12:54

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

SPACE TV-in məlumatına görə, iclasın gündəliyinə 15 məsələ daxildir.

“İcbari tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi üçüncü – sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Paylaş

 Xəbəriniz olsun