Milli Məclisə yeni şöbə müdiri təyin edildi

  • Space TV
  • 1 Fevral 2021 15:59

Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri işdən çıxarılıb.

Spacetv.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlqar Fərzəliyev vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

S.Qafarovanın digər əmri ilə isə Fərid Famil oğlu Hacıyev həmin şöbəyə müdir təyin edilib.

Paylaş

 Xəbəriniz olsun