Milli Məclisə yeni qanun layihəsi daxil olub – EKSKLÜZİV

  • Space TV
  • 4 Mart 2020 11:09

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentə daxil olub.

SPACE TV  xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Qanun layihəsinə əsasən, Azərbaycandan qida məhsullarının ixracı zamanı beynəlxalq standartlara uyğun olaraq sənəd təqdim ediləcək. Həmin sənəddə ixrac olunan məhsulun əsas göstəriciləri, baytarlıq, fitosanitar və digər sağlamlıq göstəriciləri də əksini tapıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Əsasnaməsi Prezidentin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilib. AQTA-nın sədri Qoşqar Təhməzlidir.

Paylaş

 Xəbəriniz olsun