Milli Məclisə seçkilər 5573 məntəqədə keçiriləcək

  • Space TV
  • 8 Fevral 2020 18:48

Milli Məclisə seçkilər 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək.

SPACE TV  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Seçkilərdə Milli Məclisə 125 deputat seçiləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq”, – deyə MSK sədri bildirib.

Paylaş

 Xəbəriniz olsun