Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

  • SpaceTV
  • 5 Dekabr 2019 16:58

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib.

SPACE TV  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Paylaş

 Xəbəriniz olsun