Millətlər Liqasının ikinci turu maraqlı nəticələrlə yadda qaldı

  • Space TV
  • 9 Sentyabr 2020 10:09

Bu gün UEFA Millətlər Liqasında 2-ci turun oyunları baş tutub. A, C və D liqasında keçirilən ümumilikdə doqquz oyun arxada qalıb.

A Liqasının 2-ci qrupunda Belçika İslandiya ilə üz-üzə gəlib. Oyun İslandiyanın böyük hesablı məğlubiyyəti ilə bitib – 5:1.

İngiltərə səfərdə Danimarka ilə qolsuz bərabərliyə razılaşıb.

Üçüncü qrupda isə Fransa Xorvatiyaya 4:2, Portuqaliya isə İsveçə 2:0 hesabı ilə qalib gəlib.

Nəhayət, C liqasında Azərbaycan Kipri məğlub edib – 1:0.

8 sentyabr

A liqası

2-ci qrup

Belçika – İslandiya – 5:1
Qollar: Aksel Vitsel, 13, Mişi Batşuayi, 17, 69, Dris Mertens, 50, Jeremi Doku, 80 – Holmbert Fridyonsson, 11

Danimarka – İngiltərə – 0:0

3-cü qrup

Fransa – Xorvatiya – 4:2
Qollar: Antuan Qrizmann, 43. Antoni Marsyal, 45+1, Dayo Upamekano, 65, Olivye Jiru, 76 (pen.)  – Deyan Lovren, 17, Yosip Brekalo, 55

İsveç – Portuqaliya – 0:2
Qollar: Kriştiano Ronaldo, 45+1, 72

C liqası

1-ci qrup

Kipr – Azərbaycan – 0:1
Qol: Maksim Medvedev, 29

Lüksemburq – Monteneqro – 0:1
Qol: Fatoş Beqiraj, 90+3-pen

2-ci qrup

Gürcüstan – Şimali Makedoniya – 1:1
Qollar: Tornike Okriaşvili, 13-pen – Milan Ristovski, 33

Ermənistan – Estoniya – 2:0
Qollar: Aleksandr Karapetyan, 43, Anqulo Vbeymar, 65

D liqası

2-ci qrup

San-Marino – Lixtenşteyn – 0:2
Qollar: Nikolas Hasler, 3, Yanik Frik, 14

Paylaş

 Xəbəriniz olsun