Millətlər Liqası: Türkiyə uduzdu, Almaniya qələbəni son anda əldən verdi

  • Space TV
  • 4 Sentyabr 2020 10:08

UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.

Spacetv.az xəbər verir ki, dörd liqada ilk tur çərçivəsində 10 matç keçirilib.

D liqasının 1-ci qrupunun oyununda Latviya Andorra ilə qolsuz heç-heçə edib. Eyni qrupda yer alan Farer adaları və Maltanın duelində birincilər 3 xalı 3 qolla qazanıb.

Ukrayna İsveçrə ilə görüşdən 3 xalla ayrılmağı bacarıb. Bu qrupun digər görüşündə Almaniya ilə İspaniya bərabərliyə razılaşıb.

B liqasında mübarizə aparan qonşu Türkiyə millisi evdə Macarıstana uduzub. Rusiya isə öz meydanında Serbiyadan üstün olub. Bu liqanın digər qrupunda Bolqarıstan İrlandiya ilə bərabərə qalıb, Uels Finlandiyanı məğlubiyyətə uğradıb.

C liqasındakı qarşılaşmalarda da qalib müəyyənləşməyib. Kosovo Moldovadan, Yunanıstan Sloveniyadan bir xalla ayrılıb.

Qeyd edək ki, Millətlər Liqasında ilk tura sentyabrın 5-də yekun vurulacaq.

Millətlər Liqası

I tur

3 sentyabr

A liqası, 4-cü qrup

Almaniya – İspaniya- 1:1
Qollar: 
Verner, 52 – Qaya, 90+6

Ukrayna – İsveçrə- 2:1
Qollar: 
Yarmolenko, 14, Zinçenko, 68 – Seferoviç, 41

B liqası, 3-cü qrup

Rusiya – Serbiya- 3:1
Qollar: 
Dzyuba, 48 (pen.), 81, Karavayev, 69 – Mitroviç, 78

Türkiyə – Macarıstan- 0:1
Qol: 
Şoboşlay, 80

B liqası, 4-cü qrup

Bolqarıstan – İrlandiya- 1:1
Qollar:
 Krayev, 56 – Daffi, 90+3

Finlandiya – Uels – 0:1
Qol:
 Mur, 80

C liqası, 3-cü qrup

Moldova – Kosovo- 1:1
Qollar:
 Nikolaesku, 20 – Kololli, 71

Sloveniya – Yunanıstan- 0:0

D liqası, 1-ci qrup

Latviya – Andorra – 0:0

Farer adaları – Malta- 3:2
Qollar:
 Olsen, 25, Andreas Olsen, 87, Brandur Olsen, 90 – Deqabriele, 37, Aqius, 73

Paylaş

 Xəbəriniz olsun