Millətlər Liqası: Portuqaliya Fransaya, İsveç Xorvatiyaya qarşı

  • Space TV
  • 14 Noyabr 2020 12:32

Bu gün UEFA Millətlər Liqasında növbəti turun oyunları keçiriləcək. 

Spacetv.az xəbər verir ki, günün ən maraqlı qarşılaşmalarından biri Portuqaliya və Fransa yığmaları arasında olacaq. A liqasında yer alan komandalar arasında oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq. 

Bundan başqa, A liqasında Almaniya – Ukrayna, İsveç – Xorvatiya, İsveçrə – İspaniya qarşılaşmaları keçiriləcək. 

Bu gün həm də D liqasının üç oyunu baş tutacaq. Malta öz meydanında Andorranı, San Marino Cəbəllütariqi, Latviya isə Farer adalarını sınağa çəkəcək. 

Paylaş

 Xəbəriniz olsun