“Milan” 39 yaşlı İbrahimoviçə yeni müqavilə təklif edəcək

  • Space TV
  • 17 Noyabr 2020 17:34

39 yaşlı isveçli hücumçu Zlatan İbrahimoviç 2022-ci ilə qədər “Milan”da qala bilər.

Spacetv.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, klub rəhbərliyi Z.İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır.

Mənbə iddia edir ki, hücumçu “rossoneri”nin mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağına ümid edir və bu səbəbdən “Milan”la birlikdə Avropanın əsas klub turnirində özünü sınamağa hazırlaşır.

Xatırladaq ki, “Milan” yeddi turdan sonra 17 xalla futbol üzrə İtaliya çempionatının lideridir.

Paylaş

 Xəbəriniz olsun