Mikroavtobus ilə minik avtomobili toqquşub

  • SpaceTV
  • 25 Oktyabr 2019 14:34

Kürdəmirdə yol qəzası baş verib. Hadisə Bakı-Qazax yolunun 198- ci km –də,  rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb. Bakı sakini,  Məcidov Dağlar Heydər oğlu “Chevreolet”(Şevrolit) markalı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən ona arxadan gələn Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü – Rüstəmov Ramil Akif oğlunun idarə etdiyi  “Mersedes” markalı mikroavtobus çırpılıb.

     Nəticədə Şevroletdəki sərnişin – 1972 ci il təvəllüdlü Bakı sakini, Məcidova Bəsti Məhəmməd qızı  müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun