Mikrafonun açıq olduğunu unudan Ərdoğan: ”Əsəd ilə …?”

  • Space TV
  • 6 Mart 2020 11:00

Türkiyə və Rusiyanın İdlib atəşkəs üçün razılığa gəlməsinin ardından yığıncağa damğa vuran bir an yaşanıb.

SPACE TV  xəbər verir ki, mikrofonun açıldığının fərqinə varmayan Ərdoğan, Lavrovla söhbət edərkən Çavuşoğlunu yanına çağırıb və “Əsəd ilə görüşüldümü?” deyə soruşub.

Həmin anlar kameralarda əks olunub.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın paytaxtı Moskvada əldə etdiyi razılaşmaya əsasən İdlibdə atəşkəs qüvvəyə minib.

Moskvada əldə edilən razılaşmaya əsasən İdlibdə təmas xətti boyunca bütün hərbi hərəkətlər 6 mart 2020-ci il tarixində 00:01-dən etibarən dayandırılacaq.

M4 avtomobil yolunun şimalında 6 kilometr və cənubunda 6 kilometr təhlükəsizlik koridoru təsis olunacaq.

Bu koridorun yaradılması üsulları Türkiyə və Rusiya müdafiə nazirlikləri arasında 7 gün ərzində müəyyənləşdiriləcək.

Paylaş

 Xəbəriniz olsun