Mikayıl Cabbarov Azərbaycanın bir sıra Avropa ölkələrini qabaqlamasından yazdı – FOTO

  • Space TV
  • 5 Mart 2021 13:56

“Azərbaycan 2021-ci ildə iqtisadi azadlıq səviyyəsi üzrə 178 ölkə arasında 38-ci yeri tutaraq, əvvəlki ilə nisbətən 6, 2019-cu illə müqayisədə 22 pillə irəliləyib”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

O bildirib ki, Avropa regionunun 45 ölkəsi arasında 23-cü yerdə olan Azərbaycanın ümumi balı dünya ortalamasından yüksək olub:

“Reytinqdə 70,1 balla qiymətləndirilən Azərbaycan “Əsasən azad” ölkələr kateqoriyasına yüksəlib. Qazanılan uğur Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl və sistemli sosial-iqtisadi islahatların məntiqi nəticəsidir”.

https://www.facebook.com/JabbarovMikayil/posts/4250329631696879

Paylaş

 Xəbəriniz olsun