“Microsoft” çinli hakerləri ABŞ şirkətlərinə hücumda ittiham etdi

  • Space TV
  • 4 Mart 2021 10:36

Çinli hakerlər ABŞ-ın müxtəlif təşkilatları barədə məlumat əldə etmək üçün “Microsoft Exchange Server” poçt ünvanlarının serverinin lokal versiyalarına hücum ediblər.

Bu barədə “Microsoft” şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, söhbət “Hafnium” adlı haker qrupundan gedir.

Hakerlərin məqsədi infeksion xəstəliklər barədə tədqiqatlar, hüquq firmaları, universitetlər, qeyri-hökumət təşkilatları, analitik mərkəzlər və bir sıra digər təşkilatlar barədə məlumat əldə etmək olub.

Hücum üç mərhələdə təşkil olunub. Əvvəlcə hakerlər oğurlanmış şifrələr vasitəsilə “Exchange” serverinə giriş əldə ediblər, daha sonra sındırılmış serverin uzaqdan idarə edilməsi üçün zərərli skript hazırlayıblar. Bundan sonra hakerlər özəl serverlərin vasitəsilə şəbəkədən təşkilatların məlumatlarının oğurlanması üçün istifadə ediblər.

Paylaş

 Xəbəriniz olsun