MI6 krallıq xaricində doğulanları da işə qəbul edəcək

  • Space TV
  • 11 Fevral 2021 10:19

Britaniyanın kəşfiyyat orqanı MI6 krallığın ərazisi xaricində anadan olan şəxslərin də xüsusi xidmət orqanları sıralarına qəbul olunmasına icazə verəcək.

Bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrdə bildirilib ki, bu MI6-da çalışan əməkdaşların “fikir müxtəlifliyinin” təmin olunması məqsədilə atılan addımdır. Belə ki, xüsusi xidmət orqanı rəhbərliyi idarədə bütün əməkdaşların eyni düşüncə tərzinə malik olmasını mənfi hal hesab edir.

Qeyd olunur ki, yeni işə qəbul olunacaq şəxslərin Britaniya ərazilərindən kənarda doğulmalarına baxmayaraq, Birləşmiş Krallığın vətəndaşı olmaqları mütləq şərtdir.

Paylaş

 Xəbəriniz olsun