Meyvə bağları salınır

  • SpaceTV
  • 15 Noyabr 2019 15:33

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması gələcəkdə ölkənin digər rayonlarında da təşkil olunacaq. Bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.  Layihə çərçivəsində fındıq, nar, feyxoa, xurma, qoz, alma, ərik növlərindən olmaqla, ümumilikdə 23120 meyvə ağacı əkilib və 72 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib. Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllıda, daha sonra isə 20 rayonumuzda da salınaraq aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun