Mette: Qrelandiya satılmır

  • SpaceTV
  • 19 Avqust 2019 16:41

Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ-a satılma ehtimalını istisna edib. Bu barədə o, yerli mətbuata verdiyi müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Qrenlandiya satılmır. Frederiksen, Danimarkanın digər ticarət mövzularında əməkdaşlıq üçün açıq olduğunu ifadə edib.

 Baş nazir ümid edib ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyi ilə bağlı verdiyi açıqlamalar ciddi deyil. 

Paylaş

 Xəbəriniz olsun