Metropolitendə karantin qaydaları – VİDEO

  • Space TV
  • 12 May 2020 11:34

Bu addım nəticəsində sərnişinlər artıq maska tapa bilmirəm kimi bəhanələr gətirə bilməyəcək.  Sərnişinlərin tibbi maskadan istifadəsi mütləqdir. çünki Tibbi maskasız metrodan istifadə qadağandır.

Sosial məsafənin qorunması, insanların bu qaydalara tam ciddiliyi ilə əməl etməsi üçün  metropoliten ərazisində fəqli yerlərdə məlumatverici lövhələr yerləşdirilib.

Metropolitendə bir neçə saatlıq apardığımız müşahidələr  nəticəsində onu deyə bilərik ki, metrodan istifadə zamanı əhalinin böyük əksəriyyəti xüsusi karantin rejimi qaydalarına riayət edir. Buna baxmayaraq təhlükəsizlik tədbirlərinə əməl etməyərək, həm özünü həm də ətrafdakıları təhlükə altında qoyan insanlarla da rastlaşdıq.

İstər metrodan istərsə də digər ictimai nəqliyyat vasitələrindən istifadə zamanı öz sosial məsuliyyətimizi dərk edib, buna uyğun davranmağın  hər birimizin vətəndaş borcu olduğunu unutmamalıyıq.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun