Metropoliten: “sərnişinlər “Avtovağzal” stansiyasına rahat gələ biləcəklər”

  • SpaceTV
  • 13 Noyabr 2019 15:43

Xəbər verdiyimiz kimi, Xocasən qəsəbəsinin ərazisində metronun “Xocasən” deposunu inşa edilir. “Xocasən” deposunda sərnişin platforması da olacaq.

SPACE TV- in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, ətraf ərazilərdə yaşayan sərnişinlər “Avtovağzal” stansiyasına daha rahat gələ biləcəklər.

Qeyd edək ki, bundan başqa, ikinci – “Dərnəgül” deposunun da inşası davam etdirilir.
Hər iki deponun inşasının beş il müddətində aparılması nəzərdə tutulub. “Dərnəgül” deposu mövcud, digəri isə inşa olunacaq yeni xətlərə xidmət göstərəcək. Bundan başqa, elektrik depoları əsaslı təmir, indiki qulluq və saxlanma üçün nəzərdə tutulub.

Paylaş

 Xəbəriniz olsun