Metronun qrunt sularından suvarmada istifadə olunacaq

  • SpaceTV
  • 6 Avqust 2020 16:48

Yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından səmərəli istifadəni nəzərdə tutulan layihə çərçivəsində ilk mühüm addım Nizami metro stansiyasının yerləşdiyi ərazidə nəzərdə tutulub.

Space tv-nin məlumatına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ixtisaslaşmış laboratoriyası suyun tərkibini tədqiq edərək müsbət rəy verdikdən sonra mühəndis-texniki qurğulardan suyun nəql edilməsini təmin edən xətt çəkilib. Artıq qrunt sularından paytaxtda yaşıllıqların suvarılması məqsədilə istifadə olunur.

Metropolitendə qrunt sularının kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir və həmin ərazilərdə də bu cür tədbirlər həyata keçiriləcək.

TURAL ŞAHİNOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun