Metronun “Koroğlu” stansiyası yaxınlığında maşın 17 yaşlı motosikletçini vurdu

  • Space TV
  • 1 Noyabr 2019 11:17

Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə xəsarət alıb.

SPACE TV  xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib.

17 yaşlı Məmmədov Rəsul Elçin oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən arxadan gələn minik avtomobili ona çırpılıb.

Nəticədə xəsarət alan R.Məmmədov xəstəxanaya yerləşdirilib. Ona budun və çanaq oynağının əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun