Metronun fəaliyyəti ilə bağlı qərarın veriləcəyi vaxt bilindi – RƏSMİ

  • Space TV
  • 29 Avqust 2020 11:59

Sentyabrın 15-dək metro barədə hər hansı müvafiq qərarın veriləcəyi gözlənilir.

Spacetv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, metronun fəaliyyəti potensial riskdir:

“Metronun havalandırma sistemi, digər məqamlar risk faktoru kimi qiymətləndirilir. Bu, dünya praktikası ilə müqayisə edilir. Amma bütün hallarda sentyabrın 15-dək metronun fəaliyyəti müzakirə ediləcək. Bu sahədə daha fərqli qiymətləndirmənin və qərarların alınacağı da istisna edilmir”.

Paylaş

 Xəbəriniz olsun