Metrodan istifadə edənlərin nəzərinə!

  • SpaceTV
  • 16 Sentyabr 2019 13:34

Yeni dərs ilinin başlanması, həmçinin yay mövsümünün başa çatması ilə əlaqədar Bakı Metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Səbəb isə bu dövrdə metro istifadəçilərinin sayı artır və sıxlıq yaranır. Bunu nəzərə alaraq metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun tərtib olunur və bir sıra müvafiq tədbirlər də görülür.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirir ki;  “Bu hallarda “Ulduz-Həzi Aslanov” sahəsində bəzi hallarda interval daha çox ola bilər. Eyni qayda ilə “Həzi Aslanov-Ulduz” sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edilməsi mümkündür”.

Belə ki, Bakı Metropolitenində sərnişinlərin gur olan vaxtı yəni səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər qatarlar arasında minimum interva l 2 dəqiqə olacaq. Günün qalan vaxtlarında isə hərəkət intervalı 2 dəqiqə yarım , sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.

 Qeyd edək ki, qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı Metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.

Lalə Ülviqizi  Space

Paylaş

 Xəbəriniz olsun