Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş

  • Space TV
  • 7 Sentyabr 2020 14:03

İyunun əvvələrində Bakı Metropolitenində polisin qanunu əmrinə tabe olmayan və müqavimət göstərən şəxslərdən biri – Şirzad Şirzadov basketbol üzrə Azərbaycan yığmasının üzvü olub.

Spacetv.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, o, U-20 milli komandamızda çıxış edib. 

Ş.Şirzadov Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham olunub.

Onun barəsində məhkəmənin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib. Həmin müddətin başa çatmasına bir neçə gün qaldığı üçün istintaqın təqdimatı ilə Ş.Şirzadovun həbs müddəti uzadılıb. 

Onun həbsdən azad olunmasının vəkilinin verdiyi vəsatət Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva tərəfindən rədd edilib. O, həbsdə qalıb. 

Paylaş

 Xəbəriniz olsun