Bakı Metropolitenində üzərində narkotik maddələr olan şəxs saxlanılıb.
Space məlumat verir ki, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini saxlanılıb və onun üzərinə baxış keçirilib. Onun üzərindən 6,157 q heroin, 8 ədəd metamfetamin həbi götürülüb.
Faktla bağlı araşdırma aparılır.