Metroda işləmək istəyənlərin DİQQƏTİNƏ: “Bakı Metropoliteni” işçi axtarır

  • Space TV
  • 9 Yanvar 2020 10:44

“Bakı Metropoliteni” QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi prosesinin başlandığını elan edib.

SPACE TV quruma istinadən xəbər verir ki, seçimdə iştirak etmək istəyən namizədin yaşı 24-30 arasında, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı və kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) olmalıdır.

Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Mərhələləri uğurla keçən namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.

Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5-6 ay davam edəcək.

Tədris prosesi nəzəri və praktiki məşğələlərdən ibarətdir. Hər təlim-tədris mərhələsinin sonunda müdavimlər imtahanlara cəlb olunacaq və uğur qazanacağı təqdirdə kursu davam etdirəcəklər.

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.

Elektron ərizələr yanvarın 31-dək qəbul edilir.

Paylaş

 Xəbəriniz olsun