Metroda cibgirlik etdi

  • SpaceTV
  • 19 Oktyabr 2019 11:53

Araşdırmalarla onun cari ilin oktyabr ayının 10 və 11 tarixlərində iki qadın sərnişinin cibgirlik yolu ilə mobil telefonunu oğurladığı məlum olub.

Hər iki zərərçəkən əvvəlcə polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat versələr də, polislər tərəfindən araşdırma aparılan zaman həmin əşyaların Namiq Musayev tərəfindən oğurlandığı müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxs mobil telefonları ələ keçirəndən sonra satıb. Namiq Musayev ifadəsində platformalarda insanların sıx olduğu vaxtlarda sərnişinlərin vaqonlara daxil olduğu zaman cibgirlik etdiyini etiraf edib.

Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. Namiq Musayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Metropolitendə Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun