Metro tikintisi zamanı uçqun olub

  • Space TV
  • 18 Dekabr 2019 15:16

Daşkənd metrosunun Yunusabad xəttinin tikintisi çərçivəsində tunelin qazıntı işləri zamanı baş verən uçqun nəticəsində təsdiqlənməyən məlumata görə bir neçə nəfər torpaq altında qalıb.

SPACE TV  “Kun.uz”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin hələlik rəsmi açıqlama verməyib.

Hadisə barədə daxili işlər nazirinin müavini Daniyar Taşxocayev bildirib ki, tunelə su sızmasının qarşısını almaq üçün tikilən beton bənddə kənardan su yığılması nəticəsində torpaq uçqunu baş verib. Hazırda ölən və yaralananlar haqqında dəqiq məlumatın yoxdur.

Hadisə yerinə Baş nazir Abdulla Aripovun gəlməsi gözlənilir.

“Özbəkistan Dəmir Yolları” SC-nin mətbuat xidməti metro tikintisinin açıq sahəsində qəza baş verdiyini təsdiqləyib.

Hazırda baş nazirin birinci müavini A.Rəmətovun şəxsi nəzarəti ilə xidməti təhqiqat aparılır.

Paylaş

 Xəbəriniz olsun